Sevirəm

Sevdiyini hiss etmək sevməyin özündən daha gözəl hissdir. Fərqi yoxdu nəyi sevirsən, istər canlı olsun, istərsə də cansız. Adicə xoşuna gələn qələmdən tutmuş, sevimli yazarına qədər, adi kitabdan tutmuş, sevimli şəhərinə qədər. Tarixdə bəyəndiyin şəxsiyyətdən tutmuş sevimli gülünə qədər hər şey.Məsələn, “Mən Kafkanı sevirəm, çox sevirəm” deyə düşünmək qədər zövqlü nə var? “Ya da ki, bu gülün ətri bütün varlığımla mənə zövq verir”- deyə düşünmək necə gözəldi, bilirsiz? İnsan insan olduğunu ancaq belə zamanlarda hiss edir. Başqa heç bir hiss, nə küskünlük, nə inciklik, nə kin, nə də nifrət heç bir insana dünyanı qucaqlamaq hissini yaşatmır. Mən Dostoyevskini də, Murakamini də, Kafkanı da, Cek Londonu da, Rəsulzadəni və nə qədər yaşamayan canlını sevirəm. Dostlarımı sevirəm. Dünyada nə qədər uşaq varsa hamısını sevirəm. Təbiətdə nə qədər gül, çiçək varsa, onların da hamısını sevirəm. Ən çox at və canavar olmaqla bütüüünn heyvanları sevirəm. Oxuduğum kitabları sevirəm. “İdiot”dakı knyaz Mışkini isə hamıdan çox sevirəm. Rəngləri, hamısından çox da qırmızını sevirəm. Bir-iki dənə bəyəndiyim xatirəm var, onları da sevirəm. Musiqini, bütün mahnıları sevirəm. Rəqsi sevirəm. Bütün diqqətimi cəmləyib rəqsə baxmağı, ya da bədii gimnastını hərəkətlərini xəyalımda təkrarlamağı sevirəm. Qışqıra-qışqıra mahnı oxumağı, yelləncəkdə yellənməyi sevirəm. Və bunları düşünən beynimi sevirəm 🙂

One thought on “Sevirəm

Leave a comment