“Yüz ilin tənhalığı”ndakı realizm

“Yüz ilin tənhalığı” kitab üz qabığı. /İllustrasiya: Natalia Cardona Puerta

Qabriel Qarsia Markezin “Yüz ilin tənhalığı” əsərini  ilk dəfə neçənci ildə oxumuşam dəqiq yadımda deyil. Ən azı 6-7 il olar. Keçən il düşündüm ki, təkrar oxumalıyam. Buna həm də “Netflix”in bu kitabı seriala çevirməyə hazırlaşmağı xəbəri səbəb oldu. Əsərdə unutduğum  detallar çox idi və düşündüm ki, bir də oxusam daha yaxşı olar. Continue reading ““Yüz ilin tənhalığı”ndakı realizm”

İynə

İynə udduğum halda sağ qalmağıma həkimlərin niyə cavab tapa bilmədiklərini bilmirəm. İntihar etmək üçün niyə bu yolu seçdiyimi də bilmirəm. İndiyə qədər bir neçə dəfə intihar barədə düşünmüşəm. Həmişə də bunun ən ağrısız, öldürmə ehtimalı ən yüksək, şikəst qalma ehtimalının ən az olanlarını axtarmışam. Continue reading “İynə”

“Vətənin anası” muzeyi – Ukraynanın “9 may”ı

IMG_4932Yaxşı, ya da pis, fərqi yoxdur, hansısa hadisəni danışmaq kiməsə yuxunu nəql eləməyə bənzəyir. Heç vaxt onu tam olduğu kimi çatdıra bilmirsən, nə necə sevindiyini, nə də boğazındakı göynəməni. Haqqında çoxlu filmlər, mahnılar, rəsm əsərləri, kitablar görəndən sonra elə düşünməyə başlamışam ki, deyəsən nəqli ən çətin hadisə müharibədi. Yoxsa niyə onu danışmağa bu qədər vaxt, əmək sərf olunsun ki?

Continue reading ““Vətənin anası” muzeyi – Ukraynanın “9 may”ı”

Necə də xoşbəxtdirlər, bədbəxtlər

 

dinDinlərin demək olar ki, hamsının fəlsəfəsi eynidir. Fərdlərin həyatındakı bütün problemlərin səbəbini onların özünə bağlamaq və onlarda fövqəlbəşər, heç kimin görmədiyi, nə varlığına, nə də yoxluğuna dair dəlil-sübutun olmadığı qüvvəyə inamlarını təmin eləməkdir.

Məsələn, müsəlmanlar öz ölkələrində baş verən hansısa fəlakəti kimlərinsə zina etməyi, namaz qılmamağı, yaxud da dinin digər oxşar tələblərini yerinə yetirməməyi ilə əsaslandırırlar. Adi təbiət hadisələrində belə günahkar olan yalnız hansısa fərdlərdir. Continue reading “Necə də xoşbəxtdirlər, bədbəxtlər”

Yaralar

10447831_1426392777641307_7282949487150183386_nÜrəyimin düz ortasında ağrı hiss edəndə həkim olmağa qərar vermişdim.

Onda cəmi 20 yaşım var idi. Səhv addımların ən çox atıldığı yeniyetmə dövrü geridə qalmışdı, amma səhv addım mənim ayaqlarımın həyatımın bütün yaşlarında ən yaxşı bacardığı iş olub. Ağrılarım 20 yaşımdan çox-çox əvvəl başlamışdı. Nəyə görə isə ağlıma batmışdı ki, insanlara ağrının səbəbini yox, onun şiddətini göstərmək istəyirəm. Çox gənc idim və içimi heç kimə göstərə bilməmək mənə dəhşətli əzab verirdi. Belə qət etmişdim ki, bütün bunların tək səbəbi onların heç nəyi görməməyidir. Gözlərini açsam, ikiqat əzabdan xilas olacam, rahat nəfəs alacam. Continue reading “Yaralar”

Dilənçi

For being such a large city, we were surprised that there weren't more people begging on the streets. Of course, there were a number of people with their hands out, but not that many. This was a statue in front of one of the churches. The hand had a little hole in it that you could drop coins into.

İyirmi ildən çoxdur ki, biz Onla bir evdə yaşayırıq. Onun hər hərəkətinin səbəbini hər sözünün arxasındakı mənanı, hər baxışının əslində nə demək olduğunu, nəyi bəyənib, nəyi bəyənmədiyini hamısını əzblərləmişəm. Çünki ömrümün bu iyirmi illik qismi onu müşahidə eləməyə, onun varlığını düşünməyə sərf olunub. Bu illəri mən sərf etmişəm, yoxsa o mənim əlimdən alıb, bilmirəm.
Continue reading “Dilənçi”

Cahillik “niyə”sizlikdən doğur

adamİnsanın dinə, Allaha inancı onun üçün böyük üstünlükdür. Çünki içində heç nəyə inam, ümid olmayan insan üçün yaşamaq o birilərlə müqayisədə çox-çox çətindir. Müqayisə edin: biri var hər dərdinizdə, probleminizdə sizi xilas edəcək fövqəltəbii qüvvəyə inanır, onun hər şeyi qaydasına qoyacağına ümid edirsiz. Biri də var ki, sizin heç kimə ümidiniz yoxdur. Nəsə dəyişəcəksə, bunu elə özünüz edəcəksiz. Continue reading “Cahillik “niyə”sizlikdən doğur”

Qazıntı

11182043_1586608631596702_1279734327520728297_nUzun dırnaqlarım ömrümdə ilk dəfə bir işə yaramışdı. İlk dəfə idi ki, dırnaqlarımın dərimi cızmağından məmnun idim.

İstəmirdim ki, bu işi hansısa yardımçı vasitə, yaxud da nə isə alətlə edim. Hər şeyi özüm etməli idim. Bu qədər ciddi işi adi bıçağa, ya da başqa vasitəyə həvalə edə bilməzdim.

Tək yaşadığım iki mərtəbəli, balkonlu evin arxa balkonuna çıxdım. Pilləkənlə aşağı enib ən aşağıdakı pillədə oturdum.  Buna ayaq üstə dözmək olmazdı, hiss edirdim. Çox ağır olacağını, bəzi şeylərə dözməyin çətin olacağını bilirdim. Buna hazır idim? Onu dəqiq bilmirəm. Ağrıya necə hazır olmaq olar axı? Ağrı hər dəfə ilk dəfə imiş kimi gəlmir? Hər dəfə eyni şiddətlə didmir içini? Ömründə neçə dəfə və nə qədər tez-tez bunu yaşamaq lazımdır ki, ağrını vecsiz qarşılaya biləsən, buna gücün çata? Bilmirəm. Mənim təcrübəmdə belə şey yox idi. Continue reading “Qazıntı”

Qreqor Zamzanın azadlığı…

752713Səhər yuxudan oyanıb sırf çılpaq qalmamaq üçün paltar geyinmək, pulsuz qalmamaq üçün işə getmək, özündən başqa daha bir neçə nəfərin, lap dəqiq desək bir ailənin sənin qazancından asılı olduğunu düşünüb maaşı gözləmək, ya da bunları heç biri olmadan səhəri böcəyə çevrilmiş kimi oyanmaq. Hansı halda insan daha azad sayılır? Continue reading “Qreqor Zamzanın azadlığı…”

İTilmək

1601173_1421162958164289_4578889818734281412_nOnlarçün adicə bir it olduğumu dərk etmək, bunu qəbul etmək o qədər çətin olmuşdu ki, indi düşünəndə ki, buna necə dözmüşəm, özüm özümə təəccüb edirəm. İtdən artıq ola biləcəyim necə ağlıma gəlib, bunu necə düşünmüşəm, buna da təəccüb edirəm. Ən pisi də o oldu ki, mən bunun böhranından xilas ola bilmədən artıq ölmüşəm. Continue reading “İTilmək”