“Yüz ilin tənhalığı”ndakı realizm

“Yüz ilin tənhalığı” kitab üz qabığı. /İllustrasiya: Natalia Cardona Puerta

Qabriel Qarsia Markezin “Yüz ilin tənhalığı” əsərini  ilk dəfə neçənci ildə oxumuşam dəqiq yadımda deyil. Ən azı 6-7 il olar. Keçən il düşündüm ki, təkrar oxumalıyam. Buna həm də “Netflix”in bu kitabı seriala çevirməyə hazırlaşmağı xəbəri səbəb oldu. Əsərdə unutduğum  detallar çox idi və düşündüm ki, bir də oxusam daha yaxşı olar. Continue reading ““Yüz ilin tənhalığı”ndakı realizm”

Karen Armstronq – “Mifin qısa tarixi”

Dinlər tarixçisi Karen Armstronq bu kitabda paleolit dövründən müasir dövrə qədər miflərin məruz qaldığı dəyişikliklərdən danışır. Bu əsər mifik təfəkkürün tarixi inkişafının xülasəsi hesab olunur. Kitabın ən yaxşı tərəflərindən biri odur ki, insanın beynini yandıran tipik “Qanun” nəşriyyatı tərcüməsi deyil. Yalçın İslamzadə Karl Saqanın “İblislərlə dolu dünya. Elmin şam işığında” kitabı kimi bunu da qəşəng tərcümə edib. Elektron versiyasını tapa bilmədiyimə görə link əlavə edə bilməyəcəm, siz tapsanız mənimlə paylaşın 😉

Yeri gəlmişkən çox bəyəndim və bu kitabın sayəsində oxuyacağım yeni kitab siyahısı kəşf elədim 🙂 Qeydlərim: Continue reading “Karen Armstronq – “Mifin qısa tarixi””

Elektron kitab oxumaq üçün ən yaxşı e-readerlər

Elektron kitab oxumaq üçün cihaz deyəndə əsasən ağla Amazon Kindle gəlsə də smartfon bazarındakı rəqabət kimi e-book readerin də öz bazarı, müxtəlif modelləri, öz rəqabəti var. Hazırda Kindle ilə yanaşı Kobo, PocketBook, Booken və s. bu kimi digər məşhur markalar da e-reader hazırlayır. Bu bazardakı əsas rəqabət cihazın çəkisinin yüngül olması, yaddaşı, internetə çıxışı, audio kitab dinləməyə imkan verməyi və hətta su keçirməzlik xüsusiyyətlərindədir. Continue reading “Elektron kitab oxumaq üçün ən yaxşı e-readerlər”

David Turaşvili, Cins dövrünün uşaqları

david turaşvili - cins dövrünün uşaqları

“Cins dövrünün uşaqları”, gürcücə “Jinsebis Taoba” gürcü yazıçı David Turaşvilinin əsəridir. İlk əsəri 1988-ci ildə nəşr olunan Turaşvilinin ümumilikdə 12 romanı çap olunub.  “Cins dövrünün uşaqları” ilə yanaşı “Tibet uzaq deyil” (ტიბეტი არ არის შორს), Qara Başmaqlar (შავი კეტები), Amerika nağılları (ამერიკული ზღაპრები) və s. romanların müəllifidir. Continue reading “David Turaşvili, Cins dövrünün uşaqları”

İngilis dili öyrənmək üçün kitablar

ingilisce kitab yazisiİngilis dili biliyini yaxşılaşdırmağın ən yaxşı yollarından biri bu dildə kitablar oxumaqdı. Bu üsuldan çox istifadə etməyə çalışıram, ona görə həmişə gözüm ingiliscə kitablar gəzir, buna rast gəldim, dedim bloga da yerləşdirim. Bu postu Kitabxana bölməsindəki əlifba sırasına uyğun əlavə etməməməyin əsas səbəbi dil biliyi səviyyəsinə uyğun qruplaşdırılmağıdı. Qruplaşmanı mən hazırlamamışam, ola bilər ki, bəzi kitablar hansısa dil səviyyəsi üçün çox irəli, ya da çox geridi. Hansısa kitabı o levelə uyğun bilməsəz, keçin o biri kitaba. 🙂 Yükləyin, oxuyun, nuş olsun Continue reading “İngilis dili öyrənmək üçün kitablar”

Antuan de Sent Ekzüperi – “Adamların planeti”

Ekzüperi fransız əsilli yazıçı, şair və peşəkar hərbi təyyarəçidir. O, Birinci Dünya Müharibəsi illərində hərbi təyyarəçi kimi döyüş tapşırıqlarını yerinə yetirib. Çoxları onu “Balaca Şahzadə” əsəri ilə tanısa da yazarın ən az bu əsər qədər gözəl olan başqa əsərləri də var. Ən əsası da “Adamların planeti” romanı. Bu romanı oxuyandan sonra Ekzüperini sadəcə bəyənən adamlar ona ikiqat vurula bilər.

Romandan söz düşmüşkən çalışın bunu Azərbaycanca oxumayın. Təəssüf ki, tərcümə bir o qədər də uğurlu deyil. Continue reading “Antuan de Sent Ekzüperi – “Adamların planeti””

Elias Canetti “Kütlə və Hakimiyyət”

kutle v hkm 1Nobel mükafatı laueratı olan Elias Canetti bu kitabı 1960-ci ildə yazıb. Müəllif bu kitab üzərində 30 il işləyib. Hökmdarlar barədə müşahidələri eynilə indiki dövrün diktatorlarına uyğundu. Oxumağa başlayanda bir tanışım demişdi ki, bu, Qustav le Bonun “Kütlə psixologiyası” kitabının davamıdı, amma məncə bu, ondan bir az daha fərqli mövzu və yanaşmadı.  Continue reading “Elias Canetti “Kütlə və Hakimiyyət””

Jan Pol Sartr – “Ürəkbulanma”

Başqa vaxtları və başqa kitabları deyə bilmərəm, amma mhz bu kitab kefsiz, yaxud depressiv əhvalda oxuyanda insana tamam başqa cür təsir edir. Ən azndan məndə belə olub və heç vaxt yadımdan çıxmır. Bir-iki cümlə var ki, onları ümumiyyətlə mütəmadi xatırlayıram, təkrar edirəm.  Təxminən 1-2 il əvvəl oxusam da karandaşladığım cümlələri indi paylaşmaq istədim. Kitabı bu linkdən yükləyə bilərsiniz.

 

Qeydlərim:

Continue reading “Jan Pol Sartr – “Ürəkbulanma””